BAKI, 24 iyul. TELEQRAF

"Qarabağ" komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda İrlandiyada "Şelburn"un qonağı olub.

Dublin şəhərindəki "Tolka Park"da təşkil olunmuş qarşılaşma Ağdam klubunun böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

İlk qolu 13-cü dəqiqəqə Azərbaycan Premyer Liqasının bombardiri və 2024/2025 mövsümünün ən yaxşı futbolçusu Leandro Andrade vurub.

81-ci dəqiqədə Aleksey Kaşuk əks-hücumu, 85-ci dəqiqədə isə Nəriman Axundzadə rəqib müdafiəçilərin səhvini qolla tamamlayıb.

Cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

***

00:29

İrlandiyada "Şelburn" və "Qarabağ" komandaları arasındakı UEFA Çempionlart Liqasının II təsnifat mərhələsinin ilk oyununda üçüncü qol vurulub.

Teleqraf xəbər verir ki, 85-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Nəriman Axundzadə rəqib müdafiəçilərin səhvindən sonra topu rəqib qapısına göndərib - 3:0.

***

00:27

İrlandiyada "Şelburn" və "Qarabağ" komandaları arasındakı UEFA Çempionlart Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

Teleqraf xəbər verir ki, 81-ci dəqiqədə Aleksey Kaşuk əks-hücumu qolla tamamlayıb.

***

23:50

İrlandiyada "Şelburn" və "Qarabağ" komandaları arasındakı UEFA Çempionlart Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, ilk yarıdan sonra "Qarabağ" hesabda öndədir - 1:0.

Yeganə qolu 13-cü dəqiqədə Leandro Andrade vurub.

***

23:05

İrlandiyada "Şelburn" və "Qarabağ" komandaları arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Teleqraf xəbər verir ki, 13-cü dəqiqədə "Qarabağ"ın futbolçusu Leandro Andrade cinah ötürməsindən sonra topu rəqib qapısına göndərib - 1:0.

***
22:45

İrlandiyada "Şelburn" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Teleqraf xəbər verir ki, qarşılaşma Dublin şəhərindəki "Tolka Park"da keçirilir.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul
“Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) - 0:3

Qollar: Leandro Andrade, 13. Aleksey Kaşuk, 81. Nəriman Axundzadə, 85
Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq
VAR: Mario Zebec
AVAR: Tixomir Pejin
(Hakimlər briqadası Xorvatiyadandır)
Dublin, "Tolka Park".