BAKI. 23 iyul. TELEQRAF

“Zirə”nin ruandalı futbolçusu Ange Mutsinzi zədələnib.

Teleqraf-ın məlumatına görə, 28 yaşlı müdafiəçi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Hayduk” klubuna qarşı keçirilən ilk matçda sıradan çıxıb.

Matçın 87-ci dəqiqəsində meydanı tərk edən Mutsinzini Stefan Aka əvəzləyib.
Qeyd edək ki, 8-ci kilometr stadionunda (“Neftçi Arena”) baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

*** 20:09

"Zirə" komandası Xorvatiya "Hayduk"una qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ciddi itki ilə üzləşib.

Teleqraf xəbər verir ki, 37-ci dəqiqədə yeni transfer Brahim Konate rəqib futbolçu Zvonimir Şarliya ilə mübarizədə zədələnib.

Oyuna davam edə bilməyən fransalı hücumçunu Ceyhun Nuriyev əvəzləyib.

Qeyd edək ki, "Zirə!" 31-ci dəqiqədə Brahim Konatenin qolu ilə hesabda öndədir.