BAKI, 23 iyul. TELEQRAF

2025/2026 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçunun keçidini gerçəkləşdirib.

Teleqraf "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü "Fakel" (Voronej, Rusiya) klubunda keçirmiş Rayan Senhaci ilə 2+1 illik müqavilə imzalanıb.

28 yaşlı əlcəzairli mərkəz müdafiəçisi "Sumqayıt"da "72" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sumqayıt" buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu heyətinə qatıb.