BAKI. 7 iyun. TELEQRAF
Azərbaycan milli komandası yay təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.
Teleqraf xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv səfərdə Latviya yığması ilə üz-üzə gəlib.
Riqadakı “Skonto” stadionunda təşkil olunan görüş qolsuz bərabərliklə başa çatıb - 0:0. Qarşılaşmada qonaq komandanın üstünlüyünə olan yeganə məqam 3 sarı vərəqənin hamısını yerli yığmanın almasıdır.
Bu, portuqaliyalı mütəxəssisin Azərbaycan millisi ilə keçirdiyi ardıcıl 9-cu qələbəsiz oyunu olub O, yığmanın sükanı arxasına keçəndən sonra oynanılan qarşılaşmalarda 2-ci heç-heçə qeydə alınıb. İlk heç-heçə UEFA Millətlər Liqasının V turunda evdə Estoniya ilə oyunda baş verib. Əsas milli Santuşun rəhbərliyi altında meydana çıxdığı son 5 oyunda qol vura bilmir.
İki komanda arasındakı qarşılaşmalar isə ümumilikdə 3 dəfə heç-heçə, hərəyə bir dəfə isə qələbə ilə bitib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu evdə Macarıstana qarşı keçirəcək. İyunun 10-da “Liv Bona Dea Arena”da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.
*** 18:03
Latviya və Azərbaycan milliləri arasında yoldaşlıq görüşündə ikinci hissə başlayıb.
Teleqraf xəbər verir ki, ilk yarıdan sonra hesab açılmayıb - 0:0.
*** 17:47
Latviya və Azərbaycan milliləri arasında yoldaşlıq görüşünün ilk yarısı başa çatıb.
Teleqraf xəbər verir ki, komandalar birinci hissədə fərqlənə bilməyiblər - 0:0.
*** 17:01
Latviya və Azərbaycan milli komandaları arasında yoldaşlıq görüşü start götürüb.
Teleqraf xəbər verir ki, oyun Riqa şəhərindəki "Skonto" stadionunda keçirilir.
7 iyun
Yoldaşlıq görüşü
17:00. Latviya - Azərbaycan - 0:0
Baş hakim: Trustin Farrugia Kann (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)
Dördüncü hakim: Vitali Spasyonņikov (Latviya)
Riqa, "Skonto" stadionu.