
BAKI, 1 aprel. TELEQRAF
Qax rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Qax rayonunun Qarabaldır kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Yüksək temperaturdan bitişik ümumi sahəsi 176 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin çardağının taxta atmaları 20 m² sahədə qarsalanıb.
Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Balakən rayonunun Yeni Şərif kəndində ümumi sahəsi 88 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 32 m² sahədə və içərisində olan ev əşyaları yanıb.
Tikilinin qalan hissəsi yanğınan mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.