BAKI, 1 aprel. TELEQRAF.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına gözlənilən səfərini təsdiqləyib və bir sıra başqa ölkələrə də səfər edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Amerika lideir Səudiyyə Ərəbistanı ilə yanaşı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də səfər edəcəyini bildirib.

“Qətərə də gedəcəyik, üstəlik, ola bilsin, bir neçə başqa ölkəyə də səfər edəcəyik. BƏƏ çox vacibdir. Yəqin ki, növbəti dayanacağımız BƏƏ və Qətər olacaq və Səudiyyə Ərəbistanı. Başqa yerlərə də gedəcəyik, amma Yaxın Şərqdə üç ölkəyə səfər edəcəyik”, - Tramp deyib.

Qeyd edək ki, bu, ABŞ prezidentinin ilk xarici səfəri olacaq. O, xarici səfərlərinə Səudiyyədən başlayacaq.