BAKI, 1 aprel. TELEQRAF

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına təyinatlar açıqlanıb.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşlər FIFA referilərinə tapşırılıb.

Azərbaycan Kuboku:

2 aprel

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

VAR: Nicat İsmayıllı

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Anar Salmanov

Liv Bona Dea Arena.

19:30. “Neftçi” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ömər Paşayev

Neftçi Arena.