BAKI, 1 aprel. TELEQRAF

PKK terror təşkilatı aprel ayında ləğv edilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

“PKK-nın silahı yerə qoyması və özünü buraxması ilə bağlı çox kritik bir mərhələyə daxil oluruq. PKK-nın qurultayının aprelin ortalarında keçiriləcəyi və silahları yerə qoyaraq, özünü buraxmağa qərar verəcəyi gözlənilir”, - Türkiyə nəşri bildirib.

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan fevral ayında təşkilatı tərksilah olmağa və özünü buraxmağa çağırmışdı. Öcalanın çağırışına təşkilatdan müsbət cavab verilmişdi.