.jpg)
BAKI, 1 aprel. TELEQRAF
Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük bayram tətili başa çatıb.
Teleqraf xəbər verir ki, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olub. Beləliklə, bu il mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olub.
Bu gün - aprelin 1-i ölkədə bayramdan sonra ilk iş günüdür.