BAKI, 1 aprel. TELEQRAF

Almaniyanın "Bavariya" klubu futbolçusu Tomas Müllerlə yolları ayırmağa yaxındır.

Teleqraf jurnalist Florian Plettenberqə istinadən xəbər verir ki, klub 35 yaşlı hücumçu ilə bu həftə yekun görüş keçirəcək.

Müllerin bu yay başa çatacaq müqaviləsinin uzadılmayacağı və forvardın mövsümün sonunda klubu tərk edəcəyi ehtimal olunur.

Qeyd olunur ki, Müller sözləşməsini daha bir mövsüm uzatmağa hazır olsa da, "Bavariya" futbolçunun illik 17 milyon avro olan əmək haqqına qənaət etmək istəyir.

Müller bu mövsüm 35 oyun keçirib, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası boyunca yalnız "Bavariya"da çıxış edib.