
BAKI, 1 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynada atəşkəs razılaşmasını yerinə yetirəcəyinə inanır.
Teleqraf xəbər verir ki, o, bu barədə Oval ofisdə keçirdiyi brifinqdə deyib.
Tramp Rusiyanın neft sektoruna ikinci dərəcəli tariflər tətbiq etmək istəmədiyini, amma Putin üzərinə düşəni etməsə, bunun olacağını bildirib.
“Mən onun (Putin) hər şeyi sona qədər gördüyünə əmin olmaq istəyirəm, düşünürəm ki, görəcək”, - ABŞ prezidenti vurğulayıb.