
BAKI, 1 aprel. TELEQRAF
Çin Tayvan yaxınlığında raket, quru və dəniz qüvvələrinin genişmiqyaslı birgə təlimlərini elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Çin Silahlı Qüvvələrinin Şərq Əməliyyatları Komandanlığı məlumat yayıb.
Komandanlıq bu təlimlərin məqsədinin Tayvanın “müstəqillik istəkləri”nin qarşısının ən sərt formada alınacağı barədə xəbərdarlıq olduğunu vurğulayıb.
Tayvan Müdafiə Nazirliyi də Çin təyyarədaşıyan qrupunun adaya yaxınlaşmasına cavab olaraq yerüstü raket sistemlərini işə saldığını, bölgədə döyüş gəmiləri və təyyarələri yerləşdirdiyini açıqlayıb.