
BAKI, 1 aprel. TELEQRAF.
Bakı şəhərinin Sabunçu rayonunda həyətyanı sahədə tikilən ümumi sahəsi 20 m² olan hamam otağının taxtadan ibarət tavanı 6 m² sahədə və sauna hissəsinin yanar konstruksiyaları 4 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hamam otağının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.