
BAKI, 1 aprel. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 17-də İtaliyaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Prezident səfəri çərçivəsində ayın 17-də keçiriləcək 4-cü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə Toplantısına qatılacaq və Baş nazir Corciya Meloni ilə görüşəcək.
Qeyd olunur ki, səfər Avropa İttifaqının (Aİ) Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək istəyi fonunda xüsusi əhəmiyyət kəsb edir.
“Vəzifəyə gəldiyi gündən Türkiyə ilə əlaqələri ən yüksək səviyyədə davam etdirən Baş nazir Meloni iki ölkə arasında hazırda 32 milyard dollar olan ticarət həcmini daha da artırmağı hədəfləyir. Meloni Aİ-nin tələblərini bəyan edəcək və Ərdoğandan Türkiyənin ittifaqın təhlükəsizliyinə daha çox töhfə verməsini istəyəcəyi gözlənilir”, - məlumatda deyilir.