
BAKI, 27 mart. TELEQRAF
İngiltərənin “Nottingem Forest” klubu hazırda “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin nigeriyalı forvardı Viktor Osimhenin transferi uğrunda mübarizəyə qoşulub.
Teleqraf xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri xəbər yayıb.
Məlumata görə, 26 yaşlı hücumçu ilə “Mançester Yunayted” və PSJ də yaxından maraqlanır. “Nottingem Forest” mübarizədən qalib ayrılmaq üçün İtaliya klubuna 75 milyon avro ödəmək niyyətindədir.
Yada salaq ki, “Qalatasaray” Osimheni ötən ilin sentyabrında "Napoli"dən icarəyə götürüb.