
BAKI, 30 mart. TELEQRAF
Yaponiyanın ən böyük restoran şəbəkələrindən biri müştərilərinin yeməklərində siçan tapılmasından sonra filiallarını əsaslı təmizlik üçün bağlayır.
Teleqraf xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Restoran mal əti və düyü yeməkləri ilə tanınır, lakin müştərilərdə yaranan problemdən sonra, şəbəkə martın 30-dan aprelin 4-dək filiallarını əsaslı təmizlik üçün bağlayacağını açıqlayıb.