MİNGƏÇEVİR, 30 mart. TELEQRAF

Mingəçevirdə iki uşaq anası sirkə turşusundan zəhərlənib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə 5 saylı Dəmir Beton Məmulatları Zavodunun- keçmiş məcburi köçkünlərin bir hissəsinin müvəqqəti məskunlaşdığı yaşayış binasında baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Quliyeva Zərnişan Rizvan qızı ehtiyatsızlıq nəticəsində sirkə turşusu içərək zəhərlənib və dərhal xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti ağır olaraq dəyərləndirilir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.