.jpg)
BAKI, 30 mart. TELEQRAF
Almaniyanın Xarici işlər naziri postuna namizədliyi nəzərdən keçirilən Xristian Demokrat İttifaqının (XDİ) keçmiş lideri Armin Laşet İstanbul meri Əkrəm İmamoğlunun həbsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt tənqidindən çəkinməyə çağırıb.
Teleqraf xəbər verir ki, A.Leşet bunu Funke media qrupuna müsahibəsində deyib.
O qeyd edib ki, NATO-nun Avropa sütununu gücləndirmək üçün Türkiyəyə ehtiyac var.
Sabiq XDİ lideri bildirib ki, Türkiyə hələ də Avropa Birliyinə üzv olmaq istəyir, lakin “İmamoğluna yanaşması bununla bir araya sığmır”.
O vurğulayıb: "Ancaq eyni zamanda, əgər NATO-nun Avropa sütununu gücləndirmək istəyiriksə, Türkiyəyə ehtiyacımız var. Miqrasiya problemlərini həll etmək üçün də Türkiyəyə ehtiyac duyuruq".
A.Laşet söyləyib ki, “Ankara ilə uzun illər davam etməli olacaq münasibətləri korlamadan”, Türkiyə ilə bağlı dəqiq mövqe nümayiş etdirmək lazımdır.