
BAKI, 30 mart. TELEQRAF
Biləsuvarda polis əməliyyat keçirib, narkotik vasitə və silah-sursat aşkarlandı.
Teleqraf-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı Eldar Məmmədov saxlanılıb. Həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və 1 ədəd gecəgörmə cihazı aşkarlanıb.
Həyata keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Yusif Qurbanov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkar edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.