
BAKI, 30 mart. TELEQRAF
Ağdaşda avtomobil aşıb, yaralananlar var.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax avtomagistralının Ağdaş rayonu ərazisində, Şirvangöl istirahət mərkəzi yaxınlığından keçən hissəsində baş verib.
Qadın sürücünün idarə etdiyi minik avtomobilinin aşması nəticəsində Abşeron rayon Qobu qəsəbə sakini olan bir ailənin 3 üzvü müxtəlif bədən xəsarəti alıb. Yaralılar 1976-cı il təvəllüdlü Səmayə Həşimova, 1985-ci il təvəllüdlü Nurlana Həşimova və 1995-ci il təvəllüdlü Kübra Almirzəyeva xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.