
BAKI, 30 mart. TELEQRAF
Ukraynada atəşkəsin elan edilməsi Baltik regionu üçün təhlükəsizlik təhdidini kəskin şəkildə artıracaq, çünki Rusiya silahlanmaya davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur “Financial Times”a verdiyi müsahibədə bildirib.
“Biz hamımız anlayırıq ki, Ukraynada müharibə dayandırılarsa Rusiya çox tez bir zamanda hərbi qüvvələrini Baltikyanı sərhədlərə yenidən yerləşdirəcək. Bu isə o deməkdir ki, təhdid səviyyəsi çox tez artacaq", - o qeyd edib.