BAKI, 30 mart. TELEQRAF

ABŞ-yə məxsus "Lockheed Martin" şirkəti Tayvana əvvəlcədən sifariş verilən 66 ədəd "F-16C/D Block 70" təyyarələrinin ilk partiyasını təhvil verib.

Teleqraf xəbər verir ki, bu barədə "Taipei Times" qəzeti məlumat yayıb.

Təyyarənin təhvil verilməsi mərasimi korporasiyanın Cənubi Karolina ştatının Qrinvil şəhərindəki zavodunda baş tutub.

Qeyd edək ki, Tayvan 66 təyyarəni 2026-cı ilin sonuna qədər alacağını nəzərdə tutur.