BAKI, 30 mart. TELEQRAF

Fələstin HƏMAS hərəkatı Misir və Qətərdən aldığı atəşkəs təklifini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Qətər və Misir, Fələstin HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəsi bərpa etmək üçün yeni bir razılaşma üzrə məsləhətləşmələr aparır.

Razılaşma beş israilli girovun azad edilməsi və 50 günlük atəşkəsin əldə olunmasını nəzərdə tutur. Məqsəd Ramazan bayramı ərəfəsində Qəzza zolağında müvəqqəti atəşkəs əldə etməkdir.

Xatırladaq ki, İsrail martın 18-də Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.