BAKI, 30 mart. TELEQRAF

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesablarında Ramazan bayramı münasibətilə paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!"