
BAKI, 27 mart. TELEQRAF
Türkiyə yığmasının gənc futbolçusu Kənan Yıldız İngiltərə Premyer Liqasının aparıcı klublarının maraq dairəsinə düşüb.
Teleqraf İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi ilə “Çelsi”, “Liverpul” və “Mançester Yunayted” yaxından maraqlanır.
Məlumata görə, Kənanın şərəfini qoruduğu “Yuventus”un maliyyə sıxıntıları var. Turin klubu heyətin bəzi aparıcı oyunçularını satmaqla problemi yoluna qoymağı planlaşdırıb. Komandanın satmaq istədiyi oyunçulardan birinin də türk ulduz olduğu iddia edilir.
İtaliya nəşrinin iddiasına görə, “Yeve” Kənanı 80 milyon avrodan ucuz satmaq istəmir.