BAKI, 22 mart. TELEQRAF

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün birinci yoxlama görüşünü keçirəcək.

Teleqraf xəbər verir ki, U-21 yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununda Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq. “Cornelia” Futbol Mərkəzində təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, U-21 yığma komanda martın 26-da Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə qarşılaşacaq.