BAKI, 18 mart. TELEQRAF

"Qarabağ"ın futbolçusu Patrik Andradenin Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Zirə"yə 2:3 hesabı ilə məğlub olduqları oyunda vurduğu qol fevral ayının ən yaxşı qolu seçilib.

Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçinin "Zirə" ilə oyunun 42-ci dəqiqəsində vurduğu qol "Ayın qolu" lahiyəsinin qalibi seçilib.

Qeyd edək ki, namizədlər arasında "Qarabağ"ın digəri futbolçusu Leandro Andrade, "Zirə"dən Rafael Utziqlə Salifu Suma və "Sabah"dan Cesse Sekidika var idi.