BAKI, 18 mart. TELEQRAF

Avropa İttifaqı (Aİ) 2030-cu ilə qədər güclü müdafiə mövqeyinə malik olmalıdır və indidən fəaliyyətə başlamalıdır.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Leyen deyib.

"2030-cu ilə qədər Avropa güclü müdafiə mövqeyinə sahib olmalıdır. Lakin biz hədəfimizə çatmaq üçün indidən hərəkətə keçməliyik", - deyə o, bildirib.

Fon der Leyen Avropa müdafiə strategiyasını təqdim etmək niyyətində olduğunu da təsdiqləyib.