
BAKI, 18 mart. TELEQRAF
Futbol üzrə Türkiyə milli komandası Rusiya ilə yoldaşlıq görüşü keçirməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat katibi Türker Tozar "Sport24.ru" saytına açıqlamasında deyib.
O, Türkiyə yığmasının 2025-ci il üçün təqviminin dolduğunu bildirib: “Artıq təqvimimizdə boş tariximiz qalmayıb. Yayda ABŞ-də təlim-məşq toplanışımız olacaq, payizda isə rəsmi oyunlarımız var".
Türker Tozar 2026-cı ildə Rusiya seçməsi ilə qarşılaşa biləcəklərini vurğulayıb: "Gələn il təqvimi tərtib olunmayıb, buna baxacağıq. Rəsmi oyunların tarixini gözləmək daha yaxşıdır, o zaman yoldaşlıq oyunlarını planlaşdıra biləcəyik".
Qeyd edək ki, Rusiya Ukraynaya etdiyi hərbi təcavüzə görə FIFA və UEFA bayraqları altında keçirilən bütün rəsmi turnirlərdən kənarlaşdırılıb.