BAKI, 18 mart. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

19:41

***

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp bir saatdan çoxdur ki, telefonla danışırlar.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin müavini Den Skavino "X" sosial şəbəkəsindəki hesabında yazıb.

“Prezident Tramp hazırda Oval kabinetdədir, Rusiya Prezidenti Vladimir Putinlə səhər saat 10:00-dan danışır ( Vaşinqton vaxtı ilə, Moskva vaxtı ilə 17:00 ). Söhbət yaxşı gedir və hələ də davam edir”, - deyə o qeyd edib.

***

19:11

BAKI, 18 mart. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığına başlayıb.

Teleqraf "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Liderlərin danışığının 1 saatdır davam etdiyi bildirilir.