BAKI, 18 mart. TELEQRAF

Türkiyə Statistika Qurumu (TÜİK) 2024-cü il üçün uşaqların sağlamlığı və ən zəruri ehtiyacları ilə bağlı göstəriciləri açıqlayıb.

Teleqraf xəbər verir ki, qonşu ölkədə uşaqların 23,1 faizi maddi səbəblərdən ət, toyuq və ya balıq kimi qidaları qəbul etmək imkanına malik deyillər. Yeni geyim ala bilməyən uşaqların nisbəti 9,2 faiz, tətilə gedə bilməyən ailələrin nisbəti isə 22,2 faizdir.

Uşaqların 94,5 faizinin sağlamlıq vəziyyəti “yaxşı və ya çox yaxşı” qiymətləndirilib.

Araşdırmalar göstərib ki, maddi imkansızlıq səbəbilə evdə dərs oxumaq üçün uyğun şəraiti olmayan uşaqların valideynlərinin 80,8 faizi orta məktəb səviyyəsindən aşağı təhsil alıb.