
BAKI, 18 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığını başa vurduqdan dərhal sonra mətbuata açıqlama verəcək.
Teleqraf "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edək ki, iki ölkə lideri arasında telefon danışığı 1 saatdan çoxdur ki, davam edir.