.png)
BAKI, 18 mart. TELEQRAF
Fransa milli komandasının baş məşqçisi Didye Deşam irqçilikdə ittiham olunur.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Parlamentinin keçmiş deputatı və fransalı siyasətçi Kərim Zeribi "Sud Radio"ya açıqlamasında deyib.
O, “Lion”un futbolçusu Rayan Çerki və “Monako”nun üzvü Maqnes Akliuşun yığmaya çağırılmamasınını baş məşqçinin əlcəzairlilərlə problemin olması ilə bağlayıb: “Çerki və Akliuş kimi oyunçuları seçməyib, formada olmayan oyunçuları seçirsinizsə, bu, onlarla probleminiz olduğuna görədir”.
Didye Deşam ilk dəfə deyil ki, bu cür ittihamlarla qarışır. Hazırda Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda çıxış edən Kərim Benzema AVRO-2016-ya çağırılmadıqdan sonra bunu irqçiliklə əlaqələndirmişdi. İspaniya “Real Madrid”inin keçmiş hücumçusunun sözlərini əfsanəvi Erik Kantona da təkrarlayıb. O, Benzemanın yoxluğunun Şimali Afrika mənşəli olması ilə bağlı olduğunu iddia edib.
Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa milli komandasının baş məşqçisidir. 57 yaşlı mütəxəssisin hazırki müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.