BAKI, 18 mart. TELEQRAF

2025-ci ilin yanvar-fevral aylarında Naxçıvanda vergi orqanlarına ümumilikdə 300 müraciət daxil olub.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, onların 90,7 faizini ərizələr, 9,3 faizini şikayətlər təşkil edib.

Müraciətlərin 89,7 faizinin baxılması cari dövr ərzində başa çatdırılıb, 10,3 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 90,3 faizi həll olunub, 8,5 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, cari ilin 2 ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 53 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.