BAKI, 18 mart. TELEQRAF

Meksika Prezidenti Klaudiya Şeynbaum mobil telefonlarından biri və elektron poçt hesabının haker hücumu zamanı sındırıldığını açıqlayıb.

Şeynbaum bunu kimin etdiyini hələ bilmədiklərini, amma araşdırdıqlarını deyib.

“Telefonumu və elektron poçt hesabımı sındırdılar. “Apple” dərhal Meksika Rəqəmsal Transformasiya Agentliyinə zəng etdi, onlar da haker hücumuna məruz qaldığımı dərhal anlayıb, lazımi tədbirləri gördülər və vəziyyəti nəzərdən keçirdilər”, - Şeynbaum bildirib.

Prezident hak edilmiş mobil telefonu və elektron poçt ünvanının köhnə olduğunu söyləyib: “Bu telefon nömrəsi çox adamda var, amma şəxsi ünsiyyət üçün istifadə etmədiyim telefondur”.