
BAKI, 18 mart. TELEQRAF
Lamin Yamal İspaniya milli komandasının oyunları zamanı oruc tutan ilk futbolçu kimi tarixə keçəcək.
Teleqraf xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi 2024-cü ilin Ramazan ayında millinin düşərgəsində olsa da, oruc tutmayıb.
İspaniya komandasının daha əvvəl Ramazan bayramını qeyd edən Adama Traore, Munir El-Haddadi və Ansu Fati kimi futbolçuları olub, lakin yığmanın oyunları orucluq ayı ilə üst-üstə düşməyib.
Qeyd edək ki, İspaniya martın 20-də və martın 23-də UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Niderlandla qarşılaşacaq.