BAKI, 18 mart. TELEQRAF

Üç həftədir İspaniyanın cənubunda yerləşən Əndəlus bölgəsinə yağaş güclü yağışlar bölgədə ciddi fəsadlar törədib.

Teleqraf xəbər verir ki, bu barədə Əndəlus muxtar hökumət orqanları məlumat yayıblar.

Şiddətli yağışlar Sevilyanın Konstantina rayonunda 2, Kordobanın Anora rayonunda isə 1 nəfərin itkin düşməsinə səbəb olub.

Səlahiyyətlilər, Əndəlus bölgəsində ümumilikdə 1400 nəfərin ehtiyat tədbiri olaraq evlərindən təxliyə olunduğunu, bəzi yerlərdə isə vətəndaşların helikopterlərlə xilas edildiyini açıqlayıb.

Malaqada 8 məktəbdə təhsilin dayandırıldığı, Sevilya və Madrid arasındakı A-4 avtomobil yolu, Mursiya şəhərində bir çox yan yollar və bəzi yolların nəqliyyata bağlandığı da paylaşılıb.

Digər tərəfdən, İspaniya Meteorologiya İnstitutu güclü yağış və fırtınaların sabah daha da artacağını və pis hava şəraitinin həftə sonuna qədər davam edəcəyini proqnozlaşdırıb.