
BAKI, 18 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev yaxın vaxtlarda İlon Maskla kosmos sahəsində əməkdaşlıqla bağlı danışıqlar aparacağını bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Moskvada jurnalistlərə açıqlamasında məlumat verib.
Rusiyanın Ukraynadan qat-qat çox nadir torpaq elementlərinə sahib olduğuna diqqət çəkən Dmitriyev söyləyib: "Bu mövzuda ABŞ və digər ölkələrlə əməkdaşlıq edə bilərik. Bəzi nadir torpaq elementləri ehtiyatlarını araşdırırıq və olduqca ümidvericidir".
Dmitriyev bu ehtiyatların işlənilməsi üçün müəyyən texnologiyaların tələb olunduğunu və bu məsələdə ABŞ ilə əməkdaşlığa açıq olduqlarını söyləyib.
Dmitriyev bildirib ki, onlar yaxın vaxtlarda bu mövzuda Mask ilə görüşməyi planlaşdırırlar.