BAKI, 18 mart. TELEQRAF

Bakıda 3 nəfərin ölümünə səbəb olan yanğın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin Ləhiş bağları adlanan ərazisində baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, ölənlərin hər üçü qadındır və bir ailənin üzvləridir.

Ölənlər nənə, qızı və nəvəsidir.

Yanğın nəticəsində ev külə dönüb. Ona görə də meyitlər tanınmaz hala düşüb.

İlkin ehtimala görə, yanğın qaz partlayışı nəticəsində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

17:47

Bakının Sabunçu rayonunda yanğın olub, 3 nəfərin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

.