
BAKI, 18 mart. TELEQRAF
İsrailin yenidən Qəzza zolağına başlatdığı hücumlarda 404 nəfərin öldüyü, 562 nəfərin yaralandığı bildirilib.
Teleqraf xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.
Açıqlamada dağıntılar altında hələ də çox sayda insanın olduğu və qrupların axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub.
Bu arada İsrail ordusunun sözçüsü Aviçay Adraee "X" hesabındakı paylaşımında qeyd edib ki, Qəzza zolağının hər yerində HƏMAS-a bağlı hədəflərə genişmiqyaslı hücumlar həyata keçirilib.