BAKI, 18 mart. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna yeni zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriyanın cənubunda silahlıların mövcudluğu İsrail dövlətinə təhlükə yaradır. İsrail hərbi təhlükənin mövcud olmasına icazə verməyəcək və buna qarşı mübarizə aparacaq", - məlumatda deyilir.