BAKI, 10 mart. TELEQRAF

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti martın 10-da Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

Teleqraf xəbər verir ki, spiker Sahibə Qafarova abidənin önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.

Sonra Milli Məclisi sədri Qəhrəmanlar Meydanında Memorial kompleksini ziyarət edib. Spiker Sahibə Qafarova burada Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.

Burada Azərbaycanın və Gürcüstanın Dövlət Himnləri səsləndirilib.