BAKI, 10 mart. TELEQRAF

Su-35 qırıcılarının Çinə satışı ilə bağlı razılaşma Rusiya hərbi sənayesinin ciddi səhvidir.

Teleqraf xəbər verir ki, bu barədə “19FortyFive” (ABŞ) yazır.

Nəşr xatırladır ki, 2015-ci ildə Çin Rusiyadan 2,5 milyard dollara 24 ədəd Su-35 qırıcısı alıb:

“Ola bilsin, Çin əldə etdiyi Su-35-ləri uçurmaqda maraqlı deyil, sadəcə donanması üçün borc alıb və ya “oğurlayıb”.

Məqalədə deyilir ki, Çin Rusiya texnologiyasını öyrənmək üçün Su-35-lərdən istifadə edə bilər.