TBİLİSİ, 10 mart. TELEQRAF

Milli Məclis və Gürcüstan parlamenti arasında Anlaşma Memorandumu imzalanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın qanunverici orqanının mətbuat xidmətindən bildirilib.

Sənədi Milli Məclis sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili imzalayıblar.

Tərəflər parlamentlərarası əməkdaşlığın strateji tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Memoranduma əsasən, iki ölkənin parlament fəaliyyətinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması üçün komissiya və komitələr arasında müntəzəm əlaqələr qurulacaq və parlament üzvlərinin nümayəndə heyətləri arasında mübadilələr aparılacaq.