BAKI, 10 mart. TELEQRAF

Martın 1-nə olan göstəriciyə görə aktiv vergi ödəyicilərinin sayı 0,2 faiz artaraq 808,4 min təşkil edib.

Dövlət Vergi xidmətindən Teleqraf-a verilən məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı 2,4 faiz artaraq 54,1 min təşkil edib.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 1,3 faiz artıb və 220,2 min olub.

Qeyd edək ki, fevralda aktiv ƏDV ödəyicilərinin sayı 40.901 vahid təşkil edib.