
BAKI, 7 mart. TELEQRAF
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Teleqraf xəbər verir ki, 8 oyunun hamısı eyni gündə baş tutub.
Turnirin əsas favoritlərindən olan İngiltərənin "Çelsi" klubu Danimarkada "Kopenhagen"i məğlub edərək, növbəti mərhələyə yüksəlmək şansını artırıb.
İddialı komandalardan “Fiorentina” isə Yunanıstanda “Panatinaikos”a uduzaraq, azarkeşlərini məyus edib.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 13-də olacaq.
UEFA Konfrans Liqası
1/8 final mərhələsi, ilk oyunlar
"Kopenhagen" (Danimarka) - "Çelsi" (İngiltərə) – 1:2
"Betis" (İspaniya) - "Vitoriya" (Portuqaliya) – 2:2
"Mölde" (Norveç) - "Legiya" (Polşa) – 3:2
"Panatinaikos" (Yunanıstan) - "Fiorentina" (İtaliya) – 3:2
"Pafos" (Kipr) - "Yurqorden" (İsveç) – 1:0
"Borats" (Bosniya və Herseqovina) - "Rapid" (Avstriya) - 1:1
“Sele" (Sloveniya) - "Luqano" (İsveçrə) – 1:0
“Yaqelloniya" (Polşa) - "Serkl Brügge" (Belçika) – 3:0