
UEFA Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu ada İngiltərə "Liverpul"unun qapıçısı Alison Beker layiq görülüb.
O, azarkeşlər arasında səsvermə nəticəsində Almaniya "Bavariya"sının hücumçusu Harri Keyni, İspaniya "Real Madrid"inin forvardı Rodriqonu və İngiltərə "Arsenal"ının yarımmüdafiəçisi Martin Edeqoru geridə qoyub.
Qeyd edək ki, Alison Beker Fransa PSJ-sini minimal hesabla yendikləri qarşılaşmada 9 qurtarışla fərqlənib.