
BAKI, 7 mart. TELEQRAF
Roma Papası Fransisk xəstəxanaya düşəndən sonra ilk dəfə xristian dünyasına müraciət edib.
Teleqraf xəbər verir ki, məlumatı Vatican News yayıb.
Papa onun səhhəti üçün dua edənlərə təşəkkürünü bildirib.
Səksən səkkiz yaşlı ponfitik deyib: "Mən sizi buradan müşayiət edəcəyəm. Tanrı köməyiniz olsun və Müqəddəs Məryəm sizi qorusun".