
BAKI, 7 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkə hesabında yazıb.
O qeyd edib: "Biz Ukraynaya ədalətli sülh gətirmək üçün real addımları müzakirə etdik. Mən Marka müharibəni dayandırmaq, təhlükəsizliyə konkret təminatlar vermək və Ukraynanı gücləndirmək üçün Avropanın səylərini birləşdirən planın hazırlanmasından danışdım. Biz həmçinin hava hücumundan müdafiəni gücləndirmək məsələsini müzakirə etdik".
V.Zelenski eyni zamanda M.Rütteyə və NATO üzv dövlətlərinə Ukraynada sülhə nail olmaq üçün göstərdikləri dəstəyə görə minnətdarlıq edib.