BAKI, 6 mart. TELEQRAF

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “X” hesabında Gəncə şəhərinə səfəri ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda bildirilir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-da Gəncə şəhərinə səfər ediblər.